Logo

Qəbələ Peşə Mərkəzində "dəyirmi masa" təşkil olunub

05.12.2025 15:52 34 baxış
IMG

Dekabrın 5-də Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində gənclərlə “Könüllülük: Gənclərin sosial inkişafda rolu” mövzusunda "dəyirmi masa" təşkil olunub.

TƏHSİL.BİZ xəbər verir ki, tədbirin məqsədi gənclər arasında könüllülük hərəkatının əhəmiyyətini artırmaq, onların sosial layihələrdə fəal iştirakını təşviq etmək və könüllülüyün cəmiyyət üçün yaratdığı müsbət təsirləri müzakirə etmək olub.

Görüş zamanı gənclər müxtəlif sahələrdə əldə etdikləri könüllülük təcrübələrini bölüşüb, qarşıda duran fəaliyyət planları və yeni təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.

Sonda Qəbələ rayonunda keçirilən IV İdman Festivalında könüllü kimi fəaliyyət göstərən gənclərə sertifikatlar təqdim edilib. 

Xəbər lenti