Logo

AƏSMA tələbələri uşaq evini ziyarət edib

08.12.2025 14:33 101 baxış
IMG

06.12.25 - ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Həmkarlar İttifaqı Hərəkatı, Sosial iş fakültəsinin IV kurs tələbələri və Sosial fənlər kafedrasının müəllim heyəti ilə birgə 3 saylı uşaq evini ziyarət ediblər.Təşkil edilmiş ziyarət Sosial iş fakültəsinin IV kurs tələbələrinə tədris edilən uşaq hüquqları və motivasiya üzrə fənnlərinin təkcə auditoriya ilə kifayətlənməməsi, əyani şəkildə öz sosial bacarıqlarının inkişafına təkan məqsədi ilə həyata keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki,eyni zamanda uşaq evində yaşayan, valideyn himayəsindən məhrum olunmuş üç uşağın doğum gününü birlikdə qeyd edən tələbələrimiz onlarla birlikdə əylənməklə yanaşı, sosial adaptasiya və özgüvən yönümlü oyunlar təşkil edərək, xoş saatlar keçirdilər. Sonunda tələbələr onlar üçün yaradılan şəraitə görə Sosial Xidmətlər Agentliyinə, AƏSMA və 3 saylı uşaq evinin rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Xəbər lenti