Logo

Emin Əmrullayev: Azərbaycan Gürcüstanla tələbə mübadiləsi proqramlarını genişləndirmək niyyətindədir

05.12.2025 19:32 28 baxış
IMG

Azərbaycan Gürcüstanla ali təhsil müəssisələri arasında birgə tədqiqatlar aparmaq, tələbə mübadiləsi proqramlarını genişləndirmək, iki ölkənin gəncləri üçün faydalı layihələr gerçəkləşdirmək niyyətindədir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Tbilisidə səfərdə olan Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev deyib. O qeyd edib ki, səfərin əsas məqsədi Azərbaycanla Gürcüstan arasında təhsil və elm sahəsində əməkdaşlığı müzakirə etməkdir. Bu məqsədlə səfər çərçivəsində həm Tbilisidəki məktəblərdə, həm də Tbilisi Dövlət Universiteti və Gürcüstan Texniki Universitetində görüşlər keçirilib, müzakirələr aparılıb.

E.Əmrullayev əlavə edib ki, prioritet Azərbaycan və Gürcüstanda fəaliyyət göstərən məktəblərdə təhsilin keyfiyyətinin artırılması və müəllim hazırlığının gücləndirilməsidir. Onun sözlərinə görə, bu istiqamətdə Azərbaycan dili və gürcü dili dərslərini tədris edən müəllimlər üçün ixtisasartırma təlimləri həm Azərbaycanda, həm də Gürcüstanda təşkil ediləcək.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Xəbər lenti