Logo

Kəlbəcərdəki ilk məktəbin bütün şagirdləri kompüterlə təmin olunub

05.12.2025 10:27 26 baxış
IMG

Kəlbəcərdə fəaliyyətə başlayan ilk məktəbin bütün şagirdləri kompüterlə təmin olunub.

Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən TƏHSİL.BİZ-ə verilən məlumata görə, cari tədris ilində işğaldan azad olunmuş Kəlbəcərdə fəaliyyətə başlayan Kəlbəcər rayonu Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin bütün şagirdləri fərdi kompüterlə təmin edilib.

Bu addım şagirdlərin rəqəmsal bacarıqlarının inkişafına, müasir tədris resurslarına çıxış imkanlarının genişlənməsinə və tədris prosesinin daha innovativ mühitdə təşkilinə xidmət edir.

Qeyd edək ki, məktəbdə 63 şagird təhsil alır, 27 nəfər müəllim tədrislə məşğuldur.

Xəbər lenti