Logo

1700-dən çox taksi sürücüsü imtahan vermək üçün qeydiyyatdan keçib

08.12.2025 21:41 23 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) taksi minik avtomobili sürücüləri üçün dekabrın 9-da növbəti imtahan keçirəcək.

Bu barədə DİM məlumat yayıb.

Belə ki, imtahanda iştirak etmək üçün 1704 nəfər qeydiyyatdan keçib.

Qeyd edilib ki, imtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı ş.,Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı), DİM-in Bərdə Regional Bölməsində (Bərdə ş.,H.Əliyev prospekti, 100) və Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə iki növbədə keçiriləcək.

Belə ki, imtahan 1 saat davam edir. İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdirilir

Xəbər lenti