Logo

Məktəbdə soba tüstülədi, müəllim və şagirdlər təxliyə edildi

05.12.2025 15:54 99 baxış
IMG

Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbdə pelet sobasının tıxanması tüstülənməyə səbəb olub. 

Şirvan-Salyan Regional Təhsil İdarəsindən TƏHSİL.BİZ- ə verilən məlumata görə, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb.

Şagird və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər. Tüstülənmə nəticəsində 10 şagird, 2 nəfər texniki işçi özünü pis hiss edib və təcili tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

Xəbər lenti