Logo

Naxçıvanda “Volunteerfest” adlı düşərgə təşkil olunub

08.12.2025 10:35 97 baxış
IMG

5 Dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə Naxçıvan Dövlət Universitetinin və Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində “Volunteerfest” adlı düşərgə təşkil olunub.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, düşərgədə NDU-nun TGT, THİK, TEC, EMSA kimi tələbə təşkilatlarının könüllüləri iştirak ediblər.

5 dekabrda düşərgənin açılış mərasimində Naxçıvan Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov NDU-nun rektoru Elbrus İsayevin salamlarını və təbriklərini könüllülərə çatdırıb.

Nicat Yaqubov bildirib ki, bu gün universitet tələbələrinin müxtəlif layihələrdə, tədbirlərdə və sosial aksiyalarda fəal iştirak etməsi onların həm təşəbbüskarlıq, həm komanda işi, həm də liderlik bacarıqlarının inkişafına xidmət edir.

Ardınca Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədr müavini Xatirə İbrahimli könüllülük fəaliyyətinin həmçinin Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının diqqətində olduğunu bildirib.

Daha sonra Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri, Şura könüllülərinin rəhbəri Günel Nur və NDU-nun Tədbirlərin təşkili və tələbələrlə iş sektorunun müdiri, NDU könüllülərinin rəhbəri Hüseyn İmanov çıxış edərək könüllülük fəaliyyətinin təkcə fərdi inkişaf deyil, həm də sosial məsuliyyət, birlik və həmrəylik mədəniyyətinin formalaşmasında mühüm rol oynadığını vurğulayıblar.

Qeyd edək ki, “Volunteerfest”də tələbələr üçün müxtəlif təlimlər, interaktiv oyunlar, intellektual yarışlar təşkil olunub. Mükafatlandırma mərasimi isə yaxın günlərdə NDU-da baş tutacaq.

Xəbər lenti