Logo

Xalq artisti Tofiq Bakıxanovun 95 illiyinə həsr edilən konfrans keçiriləcək

23.07.2025 17:49 52 baxış
IMG

Bu ilin dekabr ayında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Xalq artisti, professor Tofiq Bakıxanovun 95 illik yubileyinə həsr edilən “Azərbaycanın ictimai-siyasi və elmi-mədəni gerçəkliyində Bakıxanovlar sülaləsi” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Bu barədə TƏHSİL.BİZ -ə muzeydən məlumat verilib.

Konfrans “Şəcərələr və görkəmli şəxsiyyətlərin XIX-XXI əsrlərdə yeni Azərbaycan quruculuğundakı yeri”, “Abbasqulu ağa Bakıxanovun elmi və ədəbi irsi Azərbaycan tarixşünaslığı və filologiyasının səmtləndirici mənbələri kimi”, “Tofiq Bakıxanovun bəstəkarlıq irsi Azərbaycan musiqisi və ədəbiyyatının əlaqələri kontekstində”, “Tofiq Bakıxanov yaradıcılığı və mədəniyyətlərarası dialoq”, “Əhməd Bakıxanovdan Tofiq Bakıxanovadək muğam abidələri və muğam simfonizəsi”, “Tofiq Bakıxanov və Azərbaycanda musiqi nəşriyyatçılığı problemləri” bölmələrini əhatə edəcək.

Məqalələr oktyabrın 15-dək qəbul olunacaq.

Təşkilat komitəsi məqalələrin mətnində düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.

E-mail: [email protected]

Konfrans haqqında ətraflı məlumatı Ədəbiyyat Muzeyinin saytından əldə etmək olar.

Xəbər lenti