Logo

Bu məktəb fənn müəllimlərinin qəbuluna başlayıb

24.07.2025 17:40 84 baxış
IMG

Şəki şəhəri 6 nömrəli tam orta məktəbə fənn müəllimlərinin qəbuluna başlanılır.

Şəki-Zaqatala Regional Təhsil İdarəsindən TƏHSİL.BİZ -ə verilən məlumata görə, sözügedən məktəb tam orta təhsil səviyyəsində təhsil alacaq şagirdlərə yeni imkanlar təqdim edir.

Təhsil müəssisəsində tədris prosesi yüksək akademik göstəricilərə malik, peşəkar pedaqoji heyət tərəfindən həyata keçiriləcək: 

“Odur ki, qeyd olunan təhsil müəssisəsində çalışmaq və gələcək uğurlu nəslin formalaşmasında rol oynamaq istəyən müəllimləri sentyabr 3-dək müsahibə üçün qeydiyyatdan (https://forms.gle/4nHJ4E8pdUZ1Qv85A ) keçməyə dəvət edirik. Müsahibədə qiymətləndirmə göstəricisi (MİQ, DQ, və ya Sertifikatlaşdırma) 85% və daha yüksək olan ali təhsilli müəllimlər iştirak edə bilərlər".

Xəbər lenti