Logo

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsilə bağlı görüş keçirilib

25.07.2025 09:50 73 baxış
IMG

Təhsil İnstitutunun Peşə və ömürboyu təhsilin proqramları şöbəsi tərəfindən Peşə Təmayüllü Siniflərdə (PTS) hazırlanmış tədris proqramlarının yenilənməsi məqsədilə dəyirmi masa müzakirələri təşkil olunub.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, 11 iyulda “Dülgər köməkçisi”, 17 iyulda “Tikiş avadanlıqları üzrə operator – tikiş köməkçisi”, 22 iyulda isə “Aşpaz köməkçisi” ixtisası üzrə proqramların müzakirəsi aparılıb. Görüşlərdə proqramların məzmunu, əmək bazarının tələblərinə uyğunluğu və praktiki bacarıqların inkişafı istiqamətində fikir mübadiləsi həyata keçirilib.

Müzakirələrdə ARTİ-nin Peşə və ömürboyu təhsilin proqramları şöbəsinin əməkdaşları, proqramları hazırlayan işçi qrupu və ekspertlər iştirak ediblər.

Qeyd edək ki, proqramlar Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) tərəfindən hazırlanıb, Elm və Təhsil Nazirliyi tərəfindən təstiq edilib Təhsil proqramlarına (kurikuluma), Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Peşə və Kvalifikasiya Standartlarının Reyestrinə əsaslanır. Proqramlar Azərbaycan Ömürboyu Təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin səviyyə deskriptorlarına uyğun şəkildə 3 səviyyəyə uyğun olaraq hazırlanıb.

Müzakirələrin keçirilməsində əsas məqsəd yenilənmiş proqramlardakı təlim nəticələrinə daxil olan nəzəri bilik və praktiki səriştələrə ayrılan mövzular, onlara verilən saatlar, maddi-texniki baza və təhlükəsizlik aspektlərinin ardıcıllığı və uyğunluğudur.

Müzakirələr zamanı dəvət olunan ekspertlər görüş zamanı “Dülgər köməkçisi” ixtisasında Fuad Cəbrayılov, Arif Xəlili, “Aşpaz köməkçisi” ixtisası üzrə Xanım Mirzəyeva, Kamran Rəhmanov, “Tikiş avadanlıqları üzrə operator – tikiş köməkçisi” ixtisası üzrə Alidə Rəhimova və Ruhəngiz Əliyeva öz rəy və təkliflərini bildiriblər.

 

 

 

 


 

Xəbər lenti