Logo

BDU tələbələri “Kiber Yay Məktəbi 2025”də iştirak edirlər

24.07.2025 09:28 100 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) tələbələri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Bilgəh” istirahət mərkəzində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Kiber Yay Məktəbi 2025”də iştirak edirlər.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirdə BDU-nu müəllim-mentor qismində Natiq Quliyev, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbələri Rəsul Rəsulzadə, Almaz İsrafilova və Nübar Məhərrəmova təmsil edir.

Yay məktəbi informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində bilik və bacarıqların artırılmasına yönələn, beynəlxalq təcrübə mübadiləsini təşviq edən platformadır. Builki tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Qətərdən olan tələbələr də iştirak edirlər.

Proqram çərçivəsində tələbələr kibertəhlükəsizlik üzrə praktiki təlimlərə, “Red Team” və “Blue Team” formatında laborator məşğələlərə, müxtəlif ekspertlərlə “meet-up” sessiyalarına, o cümlədən “CrowdStrike”, “Cisco” kimi beynəlxalq vendorların təqdimatlarına qatılırlar.

BDU tələbələrinin bu tədbirdə iştirakı onların nəzəri biliklərini real ssenarilər üzərində tətbiq etməsinə, yeni texnologiyalarla tanış olmasına, yerli və beynəlxalq şəbəkələşməni gücləndirmələrinə imkan verir.

Xəbər lenti