Logo

BDU tələbəsi RİİB-in “Azad Mirzəcanzadə inkişaf proqramı”nın qalibidir

30.07.2025 17:44 49 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin IV kurs tələbəsi Saida Rəhimlinin “CMC-Vessel” layihəsi “Regional İnkişaf” İctimai Birliyinin “Azad Mirzəcanzadə inkişaf proqramı”nda qalib olub.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, inkişaf proqramına ölkənin müxtəlif universitetlərindən 100-dən çox tələbə müraciət edib. Proqramın final mərhələsində 10 iştirakçının layihəsi qalib olub və maliyyə dəstəyi əldə edib.

Müsabiqəyə təqdim olunan “CMC-Vessel” layihəsi Xəzər dənizində olan neft əsaslı çirkləndiricilərin və plastik tullantıların su mühitindən təmizlənməsinə həsr olunub. Müxtəlif kimyəvi üsulların və süni intellektin tətbiq olunduğu layihə prototipi BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində bu ali məktəbin tələbələrindən ibarət komanda tərəfindən hazırlanacaq.

Qeyd edək ki, 2023-cü ilin sentyabr ayında elan edilmiş “Azad Mirzəcanzadə inkişaf proqramı” indiyədək sosial, ekoloji, maarifləndirici və innovativ sahələrdə bir çox uğurlu layihə həyata keçirib.

Xəbər lenti