Logo

ADAU-nun İnnovasiya Mərkəzi beynəlxalq sertifikata layiq görülüb

30.07.2025 17:52 50 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) nəzdində fəaliyyət göstərən İnnovasiya Mərkəzi “Global Innovation Institute” tərəfindən akkreditə olunmuş biznes inkubator statusu alaraq rəsmi beynəlxalq sertifikatla təltif edilib.

TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, bu nailiyyət ADAU-nun innovasiya, sahibkarlıq və startap ekosisteminin inkişafına verdiyi davamlı dəstəyin və sistemli fəaliyyətinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Qazanılan sertifikat tələbələrin innovativ ideyalarının stimullaşdırılması, startapların inkişafı üçün effektiv mühitin yaradılması, akademik biliklərin real bazar ehtiyacları ilə inteqrasiyası və beynəlxalq əməkdaşlıqlar üçün yeni imkanların açılması istiqamətləri üzrə mühüm irəliləyişlərin nəticəsidir.

Xəbər lenti