Logo

Azyaşlı aktyorlar: Gəncə məktəbliləri teatr səhnəsində

05.08.2025 17:03 38 baxış
IMG

Gəncə şəhəri 29 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən “Gənc Ədiblər Məclisi”nin təşkilatçılığı ilə Gəncə Dövlət Kukla Teatrının səhnəsində məktəblilərin iştirakı ilə “Mütəfəkkirlər məhkəməsi” adlı tamaşa nümayiş olunub. 

TƏHSİL.BİZ xəbər verir ki, tamaşanın ssenari müəllifi Kamran Yusifzadə, quruluşçu rejissoru isə Ceyhun İsmayılovdur.

Tamaşanın əsas süjet xətti cəhənnəm və cənnət arasındakı mistik hadisələr üzərində qurulub. Baş qəhrəman – sevilən yazıçı Səfi bütün əsərlərini yandırdıqdan sonra dünyasını dəyişir. Lakin ruhunun taleyi xeyir və şər əməlləri üzərində mübarizəyə çevrildiyindən nə cəhənnəmə, nə də cənnətə daxil ola bilir. Onun qəlbinin saflığı və qələminin dəyəri keçmişin böyük mütəfəkkirləri – Nəsimi, Höte və Servantes tərəfindən təşkil edilən məhkəmədə mühakimə olunur. Maraqlı məqamlardan biri də odur ki, bu mühakimə prosesində hakimlərə qarşı onların özlərinin yaratdıqları ədəbi personajlar çıxır və Səfinin əməllərini müdafiə edirlər.

Ən həlledici an tamaşanın sonunda yaşanır. Səfinin ürəyi və qələmi tərəziyə qoyulur. Sonda İblis məğlubiyyətini etiraf edir və onu cənnətə yola salır.

Tamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılanıb və gənc istedadların yaradıcılıq potensialını əks etdirən mühüm mədəni hadisə kimi dəyərləndirilib.

 

 

 

 


 

Xəbər lenti