Logo

BDU-da abituriyentlər üçün “Açıq qapı” günü keçirilir

28.07.2025 14:17 51 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri”nin təşkilatçılığı ilə “Açıq qapı” günü başlayıb.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, abituriyentlərə BDU-nun tədris, elmi, sosial fəaliyyəti, beynəlxalq əlaqələri ilə bağlı məlumat verilib. Qeyd olunub ki, ali təhsil müəssisələrinin flaqmanı olaraq BDU növbəti tədris ilində əmək bazarının tələblərinə uyğun ixtisaslar və müxtəlif yeniliklərlə tələbələri qarşılamağa hazırlaşır.

Abituriyentlər BDU-da fəaliyyət göstərən muzeyləri, “Ekoməkan”ı və Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzini ziyarət ediblər. Daha sonra abituriyentlər üçün infosessiya təşkil olunub. İnfosessiyada çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Karyera və məzunlarla iş mərkəzinin Karyera planlaşdırılması şöbəsinin müdiri Günel Qurbanova, Tədrisin təşkili və idarə olunması Mərkəzinin Təcrübənin təşkili sektorunun müdiri Nərgiz Abbas BDU-da ixtisas və fakültələr, sosial fəaliyyət, karyera planlaması haqqında məlumat veriblər.

İnfosessiyanın sonunda abituriyentləri maraqlandıran suallar cavablandırılıb.

BDU-da “Açıq qapı” günü avqustun 8-dək davam edəcək.

Xəbər lenti