Logo

Mingəçevir Dövlət Universitetində Tədqiqat və İnkişaf İnstitutu yaradılır

29.07.2025 14:17 54 baxış
IMG

Mingəçevir Dövlət Universitetində (MDU) elmi potensialın gücləndirilməsi və innovativ yanaşmaların təşviqi istiqamətində növbəti addım atılıb. Universitetin yeni elmi təşəbbüsü çərçivəsində Tədqiqat və İnkişaf İnstitutu yaradılır.

Universitetdən TƏHSİL.BİZ -ə verilən məlumata görə, yeni institutun əsas məqsədi regionun spesifik imkan və ehtiyaclarını nəzərə alaraq enerji və su ehtiyatlarının idarə olunması, su və istilik elektrik stansiyalarının tədqiqi, həmçinin dayanıqlı enerji və su mühəndisliyi sahələrində elmi-tədqiqat işlərinin aparılmasıdır. Bununla yanaşı, institut bu istiqamətlərdə ixtisaslaşmış elmi kadrların hazırlanmasını da öz fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirib.

Tədqiqat və İnkişaf İnstitutunun yaradılması ilə bağlı layihəyə Ramil Həsənov rəhbərlik edir. O, ali təhsilini Azərbaycanda və İspaniyada alıb. R.Həsənov həmçinin Avropa və Asiyanın müxtəlif ölkələrində, o cümlədən “Picualia”, “A3 Grupo de Comunicación”, Almaniyanın “Achenbach”, Çinin “Chinalco” və “CNPT” kimi qabaqcıl şirkətlərində elmi-praktiki təcrübə toplamış təcrübəli tədqiqatçıdır.

 


 

Xəbər lenti