Logo

Rektor: “Qərbi Azərbaycan irsi” kitabı seçmə fənlərin tədrisində ciddi baza rolu oynayacaq

29.07.2025 17:09 53 baxış
IMG

"Naxçıvan Dövlət Universitetində Qərbi Azərbaycan məzmunlu seçmə fənlər tədris olunur ki, “Qərbi Azərbaycan irsi” kitabı həmin fənlərin tədrisində ciddi baza rolu oynayacaq".

TƏHSİL.BİZ  xəbər verir ki, bunu Naxçıvan şəhərində “Qərbi Azərbaycan irsi” kitabının birinci cildinin yekun təqdimatında NDU-nun rektoru Elbrus İsayev deyib. 

O bildirib ki, vaxtaşırı olaraq NDU-da Qərbi Azərbaycanəsilli ziyalılarla tələbələrin görüşləri təşkil edilir, müxtəlif sənədli filmlər təqdim olunur. Həmçinin universitetdə Qərbi Azərbaycanlı Gənclərin Birinci Forumu təsis edilib, İcmanın sədri və tanınmış ziyalılarla gənclərin görüşü təşkil edilir: "-2023 və 2024-cü illərdə Naxçıvanda universitetin iştirakı ilə “Qərbi Azərbaycana qayıdış” festival-konqresi keçirilibAli təhsil ocağının təşkilatçılığı ilə Qərbi Azərbaycana məxsus folklor nümunələri, kulinariya, musiqi və yallı nömrələri, sərgilər, ədəbi-bədii kompozisiyalar təqdim olunub. Festival-konqres çərçivəsində kitab təqdimatları olub ki, bu gün də ali təhsil ocağında mütəmadi keçirilən kitab təqdimatlarında “Qərbi Azərbaycana qayıdış”  konsepsiyası diqqətdə saxlanılır".


 

Xəbər lenti