Logo

Nicat Məmmədli: Artım tələbələrin sosial rifahının daha da yüksəlməsinə səbəb olacaq

25.07.2025 14:49 61 baxış
IMG

“Təhsilin bütün səviyyələri  və pillələrində tələbələrin təqaüdləri artırılıb. Bundan sonra tələbələrimiz daha yaxşı məbləğdə təqaüd alacaqlar”.

TƏHSİL.BİZ xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli jurnalistlərə açıqlamasında söyləyib.

O qeyd edib ki, tələbələrin 50 faizindən çoxu təqaüd alır: “Müəyyən əmsalları görmək mümkündür. Bu artım tələbələrin sosial rifahının daha da yüksəlməsinə səbəb olacaq”.

N.Məmmədli bildirib ki, akademik göstəricisindən asılı olaraq, ödənişli təhsil alan tələbələr də təqaüd alacaqlar.

Xəbər lenti