Logo

Memarlıq ixtisasına qəbul olmaq üçün 390 nəfər qeydiyyatdan keçib

24.07.2025 17:30 106 baxış
IMG

Memarlıq ixtisasına qəbul olmaq üçün qeydiyyatdan keçən abituriyentlər (həmçinin subbakalavrlar) imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən TƏHSİL.BİZ -ə bildirilib ki, memarlıq ixtisası üzrə qabiliyyət imtahanı vermək üçün 390 nəfər qeydiyyatdan keçib. Qabiliyyət imtahanı iyulun 28-31-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman kompleksində (ünvan: Ayna Sultanova küçəsi, 11) keçiriləcək.

İştirakçılar buraxılış vərəqəsində göstərilən tarix və saatda şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi ilə birlikdə imtahan binasının qarşısında olmalıdırlar.

Xatırladaq ki, abituriyentlər/subbakalavrlar yalnız rəsm fənnindən imtahan verirlər. İmtahandan 10 ballıq şkala üzrə 6 və daha yuxarı qiymət alan abituriyentlər/subbakalavrlar məqbul qiymət almış hesab edilir və memarlıq ixtisası üzrə müsabiqədə iştirak etmək hüququ qazanırlar.

Memarlıq ixtisası üzrə xüsusi qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər/ subbakalavrlar ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, memarlıq ixtisasını da seçə bilərlər.

Ətraflı məlumat bu il nəşr edilmiş “Abituriyent” jurnalının “Təsviri sənət və memarlıq” adlı xüsusi buraxılışında verilib.

Xəbər lenti