Logo

MDU-nun yeni kampusunun tikintisinə başlanılıb

08.09.2025 14:00 44 baxış
IMG

Mingəçevir Dövlət Universitetinin (MDU) yeni kampusunun tikintisinə başlanılıb.

TƏHSİL.BİZ  xəbər verir ki, bu münasibətlə universitetin rektoru Anar Eminov kampus ərazisinə baxış keçirib, burada aparılan işlərlə tanış olub. 

7 hektar ərazidə inşa ediləcək müasir kampus universitet kollektivi və tələbələr üçün geniş imkanlar yaradacaq. Burada bir sıra infrastruktur obyektlərinin istifadəyə verilməsi nəzərdə tutulur. Bunlar tədris binaları, konfrans zalı və kitabxana, tələbə yataqxanaları (oğlan və qızlar üçün), müəllimlər üçün studio tipli mənzillər, hotel binası, peşə təhsil müəssisəsi, açıq və qapalı idman zalları, müasir laboratoriyalar, biznes inkubasiya və startap mərkəzləri, tələbələr üçün müxtəlif istirahət və asudə guşələr olacaq.

 

 

 

 


 

Xəbər lenti