AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Həmkarlar Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşəbbüsü ilə gənc dilçi doktorant və dissertantların “Sələflər və xələflər” mövzusunda respublika elmi konfransının materialları çap olunaraq elektron versiyada geniş ictimaiyyətin istifadəsinə verilib. Konfrans Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilib.
TƏHSİL.BİZ xəbər verir ki,bu barədə AZƏRTAC-a institutdan bildirilib. Qeyd edilib ki, konfransa məqalələr Azərbaycan dilçiliyi, dil və üslub, ədəbi dil, terminologiya və onomastika məsələləri, türkologiyanın aktual problemləri, nəzəri və tətbiqi dilçilik, müqayisəli tipoloji dilçilik və Hind-Avropa dilləri bölmələri üzrə qəbul olunub.