9 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları (ARTİ) Mərkəzində Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası (IJSO 2025) üzrə ilkin seçmə imtahanı keçiriləcək.
ARTİ-dən TƏHSİL.BİZ -ə bildirilib ki, seçmə imtahana 2024/2025-ci tədris ilində təşkil olunmuş Respublika Fənn Olimpiadalarında fizika, kimya və biologiya fənləri üzrə qalib olan, doğum tarixi 2010 və 2011-ci il olan şagirdlər dəvət olunublar.
İmtahan beynəlxalq olimpiada proqramına uyğun olaraq fizika, kimya və biologiya fənləri üzrə tapşırıqları əhatə edəcək.
Seçmə imtahanı 9 sentyabr 2025-ci il tarixində saat 11:00-da ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində (F.Xoyski küçəsi 109) baş tutacaq. Şagirdlər imtahan başlamazdan əvvəl saat 10:30-da mərkəzdə olmalıdırlar. İmtahana buraxılış yalnız şəxsiyyət vəsiqəsinin təqdim olunması əsasında həyata keçiriləcək.
Seçmə imtahanında iştirak edəcək şagirdlərin adları ilə tanış olmaq üçün müvafiq keçidə daxil ola bilərsiniz: