Logo

Prorektor: ICPC müsabiqəsi ölkəmizdə İT sənayesinin inkişafına ciddi töhfə verəcək

04.09.2025 17:07 39 baxış
IMG

Azərbaycanın ali təhsil müəssisələri və İT sənayesi üçün mühüm hadisə olan ICPC - beynəlxalq müsabiqəsinin ölkəmizdə keçirilməsi bizim üçün böyük şərəfdir. Bu tədbir ölkəmiz üçün, xüsusilə İT sənayesinin və təhsilin inkişafına ciddi töhfə verəcək.

TƏHSİL.BİZ  xəbər verir ki, bunu millət vəkili, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə “ICPC Dünya Finalı 2025”ə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.

“Azərbaycanlı tələbələr müsabiqədə iştirak edir, yerli şirkətlər sponsorlarla və təşkilatçılarla əməkdaşlıq qururlar. Bu, gələcəkdə ölkəmizin İT sənayesinin sürətli inkişafına əlavə stimul verəcək. Bununla yanaşı, ABŞ, Avropa və Asiyanın aparıcı universitetlərinin tələbələri də Azərbaycana gələrək, ölkəmizlə tanış olur, mədəniyyətimizi və tariximizi öyrənirlər”, - deyə F.İsmayılzadə vurğulayıb.

Xəbər lenti