Bakı Mühəndislik Universiteti (BMU) və “Azercell”in birgə təşkilatçılığı ilə tələbələr üçün “CyberCell” adlı hackathon keçiriləcək.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, kibertəhlükəsizlik və süni intellekt mövzularını əhatə edəcək yarışma bu ilin 18-19 oktyabr tarixlərində BMU-da təşkil olunacaq.
“Hackathon”a BMU ilə yanaşı, digər universitetlərin tələbələri də qoşula bilər.
Yarışmada iştirak edəcək komandaların tərkibi maksimum 3 nəfərdən ibarət olmalıdır.
Komandalar aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməlidirlər:
https://forms.gle/xiGf7DT5TPAo45Yd9
Qaliblərə pul mükafatları veriləcək:
1-ci yer – 4000 AZN;
2-ci yer – 3000 AZN;
3-cü yer – 2000 AZN.
Gözlənilən biliklər:
● Red Team əməliyyatları haqqında anlayış (hücum simulyasiyası, istismar, səlahiyyətlərin artırılması, şəbəkədaxili hərəkət);
● Blue Team əməliyyatları haqqında anlayış (jurnalların izlənməsi, anomaliyaların aşkarlanması, insidentlərin cavablandırılması və azaldılması strategiyaları);
● Penetrasiya test metodologiyaları, zəifliklərin qiymətləndirilməsi və təhdidlərin Cyber Kill Chain və ya MITRE ATT&CK kimi çərçivələrlə xəritələndirilməsi ilə tanışlıq;
● Jurnalları, insidentləri və təhdid məlumatlarını təhlil edərək hücum nümunələrini müəyyən etmək və müdafiə strategiyalarını simulyasiya etmək bacarığı.