Logo

Mingəçevir Dövlət Universiteti Əmək Yarmarkasında təmsil olunub

05.09.2025 14:56 46 baxış
IMG

Sentyabrın 5-də Mingəçevir Dövlət Universiteti (MDU) Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Mingəçevir şəhərində keçirilən Əmək Yarmarkasında iştirak edib.

Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, çoxsaylı dövlət qurumları və özəl müəssisələrin qatıldığı yarmarkada MDU-nun İnsan Resursları şöbəsinin əməkdaşları universitetdə mövcud olan vakansiyalar haqqında gələn şəhər sakinlərinə ətraflı məlumat veriblər. 

Görüşlər zamanı işə maraq göstərən şəxslərin əlaqə vasitələri və rezümeləri qəbul olunub. Yaramarkaya gələnlər tərəfindən MDU-nun tərəfindən qədim edilmiş vakansiyalara diqqət və maraq yüksək səviyyədə olub.

Qeyd edək ki, universitetin əmək yarmarkasında iştirakı bölgədəki əmək bazarına inteqrasiyanın gücləndirilməsi, yerli sakinlərin məşğulluq imkanlarının artırılması və gənclərə daha geniş karyera perspektivləri yaratmaq məqsədi daşıyır.

Xəbər lenti