Logo

33 nəfər DP-də iştirakdan imtina edib, əvəzinə yeni namizədlər seçilib

05.09.2025 12:19 39 baxış
IMG

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2025/2026-cı tədris ilində bakalavriat səviyyəsi 125, magistratura səviyyəsi üzrə 356, doktorantura səviyyəsi üzrə isə 19 nəfər olmaqla, ümumilikdə 500 nəfər təqaüdçü adını qazanıb.

TƏHSİL.BİZ  xəbər verir ki, 4 avqust 2025-ci il tarixində ictimaiyyətə elan olunmuş 2025/2026-cı tədris ilində Dövlət Proqramı çərçivəsində təqaüd almaq hüququ qazanmış 500 nəfərə dair yekun siyahıda yer alan magistratura və bakalavriat səviyyələri üzrə müxtəlif səbəblərdən iştirakı mümkün olmayan (şəxsi səbəblər, viza səbəbi və s.)  33 nəfər təqaüdçü proqramdan imtina etmiş, əvəzinə ehtiyat siyahısından namizədlər seçilmiş, bununla da sözügedən tədris ili üzrə qəbul yekunlaşıb.

Müvafiq Sərəncama əsasən, hər il 500 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması təmin olunacaq. Beləliklə, 2022-ci ildən başlayan qəbul nəzərə alınmaqla indiyədək 1752 nəfər proqram çərçivəsində təhsil almaq hüququ qazanıb.

Xəbər lenti