İdmançılarımız 3-9 sentyabr tarixlərində Qırğızıstanın Çolpan-Ata şəhərində təşkil olunan 3-cü Türkdilli Dövlətlərin Universiadasında uğur qazanıblar.
TƏHSİL.BİZ xəbər verir ki, stolüstü tennisçilər Zemfira Mikayılova ilə Ləman Abulhəmidova gümüş medal qazanıblar.
Komanda yarışlarında Qırğızıstan idmançılarına 3-0, Qazaxıstan təmsilçilərinə 3-1 hesabı ilə qalib gələn Mikayılova-Abdulhəmidova tandemi finalda türkiyəli rəqiblərinə 1-3 hesabı ilə uduzaraq ikinci yeri tutub.
Qeyd edək ki, sayca üçüncü olan universiadaya sentyabrın 9-da yekun vurulacaq.