Müəllim hazırlığı üzrə ixtisaslaşmış əsas ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) dərs prosesinin məzmununun zənginləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi, tələbələrin əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlarla yetişdirilməsi istiqamətində görülən məqsədli işlər nəticəsində gələcəyin pedaqoqları seçim zamanı bu universitetə üz tuturlar. Artıq bir neçə ildir ki, qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin ixtisas seçərkən ADPU-ya üstünlük verməsi adi hala çevrilib.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, 2025/2026-cı tədris ili üçün bakalavriat pilləsinə qəbul göstəricilərinə əsasən, 600-dən yuxarı bal toplamış 5 abituriyent ADPU-da təhsil almağı seçib. Onlardan 4 nəfəri universitetin fakültələrində, 1 nəfəri isə Şəki filialında ali təhsil alacaq.