AMEA Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş gənc dilçi doktorant və dissertantların “Sələflər və xələflər” mövzusunda respublika elmi konfransının materialları elektron versiyada geniş ictimaiyyətin istifadəsinə verilib.
Bu barədə TƏHSİL.BİZ -ə institutdan bildirilib.
Xatırladaq ki, sözügedən konfransda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, həmçinin Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli iştirak ediblər.
Konfransa məqalələr 8 bölmə üzrə qəbul olunub: “Azərbaycan dilçiliyi”, “Dil və üslub məsələləri”, “Ədəbi dil məsələləri”, “Türkologiyanın aktual problemləri”, “Terminologiya və onomastika məsələləri”, “Nəzəri və tətbiqi dilçilik”, “Müqayisəli-tipoloji dilçilik” və “Hind-Avropa dilləri”.