Logo

Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasına seçmə imtahanı keçirilib

10.09.2025 10:09 29 baxış
IMG

Sentyabrın 9-da Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasına (IJSO 2025) I mərhələ seçmə imtahanı keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, seçmə imtahanının nəticələrinə əsasən, ən yüksək bal toplamış 31 nəfər şagird hazırlıq dərslərinə cəlb olunacaq. Hazırlıq dərslərinin qrafiki barədə məlumat şagirdlərə əlavə olaraq təqdim olunacaq. Digər iştirakçılar isə öz nəticələrini təhsil aldıqları ümumi təhsil müəssisələrindən öyrənə bilərlər.

Hazırlıq dərslərinə cəlb edilən şagirdlərin siyahısı ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

IJSO 2025 _I seçmə imtahan nəticələri

 

 

 


 

Xəbər lenti