2025-2026-cı tədris ilində 130 mindən çox şagird birinci sinifdə təhsil alacaq.
TƏHSİL.BİZ xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə məlumat verib.
Nazir bildirib ki, ümumilikdə yeni tədris ilində 1,6 milyon şagirdin təhsil alacağı gözlənilir.