Logo

Emin Əmrullayev: İstəyirik ki, müəllimlər sadə mətnlərin arxasında gizlənməsinlər

11.09.2025 11:25 38 baxış
IMG

“Azərbaycan dili dərsliklərində elə mətnlər olmalıdır ki, şagirdlərin oxuyub-anlama səviyyəsi yüksəlsin”.

TƏHSİL.BİZ  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün media üçün keçirilən brifinqdə söyləyib.

Nazir bildirib ki, Azərbaycan dili dərsliklərində sadəcə bədii ədəbiyyat nümunələri deyil, onlarla yanaşı, oxuyub-anlama səviyyəsini yüksəldən materiallar olmalıdır:

“Biz istəyirik ki, müəllimlər daha sadə mətnlərin arxasında gizlənməsinlər, eyni materialları keçməsinlər. Hansısa şeiri öyrənmək oxuyub-anlama demək deyil. Biz uşaqları əmək bazarının tələblərinə hazırlamalıyıq”.

Xəbər lenti