Logo

Tələbələrin hüquqi bilikləri və həmrəyliyi müzakirə olunub

10.09.2025 13:44 33 baxış
IMG

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə “Tələbələrin yay düşərgəsi” çərçivəsində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans və panel müzakirələr təşkil olunub.

TƏHSİL.BİZ  xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və Hüquq və İnsan Hüquqları İnstitutunun hüquq üzrə fəlsəfə doktoru, dosent İlham Malik oğlu Əliyev çıxış edərək Konstitusiyanın dövlətçilikdəki rolunu və gənclərin vətəndaş məsuliyyətinin artırılmasının vacibliyini vurğulayıblar.

Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna rolundan danışılıb. Bildirilib ki, 30 illiyi qeyd edilən Konstitusiyamız xalqımızın iradəsinin və dövlətimizin təməl prinsiplərinin ifadəsidir.

Panel müzakirəsində müxtəlif universitetlərin fəal tələbələri çıxış edərək həmkarlar ittifaqlarının tələbə hüquqlarının müdafiəsində, eləcə də hüquqi savadlılığın artırılmasındakı rolunu yüksək qiymətləndiriblər.

Tələbələr müzakirələrdə fəal iştirak edərək "Hüquqi savadlı gənclik: tələbə həmkarlarının maarifləndirici rolu", "Ali təhsil müəssisələrində tələbə səsinin çatdırılması: həmkarların vasitəçi rolu" və "Tələbə hüquqlarının müdafiəsində həmkarlar ittifaqının rolu" mövzularında dəyərli mülahizələr səsləndiriblər.

Tədbir gənclərin hüquqi biliklərinin artırılması və tələbə həmrəyliyinin möhkəmləndirilməsi baxımından mühüm platforma olub.

 

 

 

 


 

Xəbər lenti