Logo

Tələbələr və valideynlər üçün “Açıq qapı” günü təşkil edilib

10.09.2025 16:46 36 baxış
IMG

Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) yeni tədris ilində qəbul olunmuş tələbələr və onların valideynləri üçün “Açıq qapı” günü təşkil edilib.

TƏHSİL.BİZ  xəbər verir ki, tədbirin əsas məqsədi tələbə və valideynləri akademiyanın fəaliyyəti ilə yaxından tanış etmək, onların suallarını cavablandırmaq və tədris prosesi barədə ətraflı məlumat vermək olub.

“Açıq qapı” günündə iştirak edənlərə akademiyanın fəaliyyət istiqamətləri, laboratoriyaları, təlim mərkəzləri və tələbələr üçün yaradılan imkanlar barədə geniş məlumat təqdim olunub.

Sonda akademiyanın heyəti tərəfindən tələbə və valideynləri maraqlandıran suallar cavablandırılıb.

 

 

 

 


 

Xəbər lenti