Logo

NDU-da fəlsəfə doktoru proqramı üzrə qəbul imtahanı keçirilib

10.09.2025 16:50 34 baxış
IMG

Sentyabrın 10-da Naxçıvan Dövlət Universitetində fəlsəfə doktoru proqramı üzrə ixtisas fənnindən doktoranturaya qəbul imtahanı keçirilib. 

TƏHSİL.BİZ  xəbər verir ki, namizədlər müraciət etdikləri ixtisas fənni üzrə biliklərini nümayiş etdiriblər.

Qeyd edək ki, 2025–2026-cı tədris ili üzrə fəlsəfə doktoru proqramında doktoranturaya ümumilikdə 43 nəfər müraciət edib. Onlardan 21 nəfər xarici dil imtahanından müvafiq keçid balını toplayaraq fəlsəfə fənnindən imtahanda iştirak etmək hüququ qazanıb. Onlardan 15 nəfər fəlsəfə fənnindən məqbul nəticə alaraq ixtisas fənnindən imtahanda iştirak etmək hüququ qazanıb.

Ümumilikdə ixtisas fənnindən imtahanda 15 namizəd iştirak edib. Məqbul nəticə əldə edən namizədlər 2025-2026-cı tədris ilində Naxçıvan Dövlət Universitetində fəlsəfə doktoru proqramı üzrə doktorantura təhsilinə başlayacaqlar.

 

 

 

 


 

Xəbər lenti