“Hər il ölkəmizdən nüfuzlu universitetlərə qəbul olunan tələbələrin sayı artır. Azərbaycan məktəblərinin məzunları dünyanın aparıcı universitetlərində təhsil alırlar”.
TƏHSİL.BİZ xəbər verir ki, bu barədə bu gün təşkil edilən mətbuat konfransında elm və təhsil naziri Emin Əmrullayev məlumat verib.
Nazir bildirib ki, artıq elə lisey və gimnaziyalar var ki, oradan məzunlar dünyanın ən yaxşı ali təhsil müəssisələrinə daxil olurlar:
“Dünyanın bir çox ölkələrində belə ənənə yoxdur ki, hər il bir məktəbdən tələbələr tam təqaüdlə Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olunsun. Amma bizdə artıq bu təcrübə formalaşıb. Məzunlarımız dünyanın top universitetlərində uğurla təhsil alır, gələcəkdə isə əmək bazarında öz sözlərini deyirlər. Onlar arasında müəllimlik peşəsini seçənlər də az deyil”.