“Keyfiyyət monitorinqləri çərçivəsində aparılan dərs dinləmələri zamanı planlaşdırma mərhələsində bir sıra sistemli problemlər müşahidə olunub”.
TƏHSİL.BİZ xəbər verir ki, bu fikirləri bu gün təşkil edilən “2025–2026-cı tədris ili: yeniliklər və hədəflər” adlı tədbirdə Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev səsləndirib.
O qeyd edib ki, dərs planlarının bir çox hallarda formal xarakter daşıdığı, təlim nəticələrinin aydın ifadə olunmadığı, təlim metod və formalarının düzgün seçilmədiyi, həmçinin şagirdlərin əvvəlki bilikləri ilə yeni mövzular arasında əlaqənin zəif qurulduğu asşkarlanıb.