Logo

Eşqi Bağırov: “Şagirdlərin tədris zamanı telefonlardan istifadəsi yolverilməzdir”

12.09.2025 13:10 24 baxış
IMG

“Yaxın günlərdə şagird davranış qaydalarının ölkənin bütün ümumtəhsil müəssisələrində tətbiqində nail olacağıq”.

TƏHSİL.BİZ  xəbər verir ki, bu sözləri MÜTDA-nın direktoru Eşqi Bağırov 2025-2026-cı tədris ilinə həsr olunmuş tədbir çərçivəsində jurnalistlərə açıqlama verərkən deyib.

"Şagird davranış qaydaları var. Həmin qaydalar 300 ümumtəhsil müəssisəsində tətbiq edilir. Bu qaydalara əsasən, şagirdlər tədris vaxtı telefon vasitələrindən istifadə edə bilməzlər", – deyə o əlavə edib.

E.Bağırovun sözlərinə görə, bu qaydaların bütün məktəbləri əhatə etməsi üçün tamamlama işləri görülüb, son razılaşdırmalar edilib:

"Yaxın günlərdə şagird davranış qaydalarının ölkənin bütün ümumtəhsil müəssisələrində tətbiqində nail olacağıq. Həmin qaydalar əsasında şagirdlərin tədris zamanı telefonlardan istifadəsi yolverilməzdir".

Xəbər lenti