Logo

Peşə təmayüllü siniflərin qrup rəhbərləri üçün təlimlər başlayıb

12.09.2025 15:28 28 baxış
IMG

2025–2026-cı tədris ilinə hazırlıq çərçivəsində peşə təmayüllü siniflərin qrup rəhbərlərinin peşəkar inkişafına dəstək məqsədilə “Komanda quruculuğu və metodiki səriştəliliyin artırılması” mövzusunda təlimlərə başlanılıb. 

TƏHSİL.BİZ xəbər verir ki, təlimlərdə iştirakçılar yenilənmiş əsas səriştələr və ixtisas proqramları ilə tanış olaraq, edilən dəyişikliklərin məzmunu və tətbiq imkanları barədə ətraflı məlumat əldə ediblər. Sessiyalarda qrup işləri, rollu oyunlar və digər interaktiv fəaliyyətlər vasitəsilə qrup rəhbərlərinin komanda ilə işləmə, ünsiyyət və liderlik bacarıqlarının inkişafına dəstək göstərilib.

Sonda ötən tədris ilində peşə təmayüllü siniflərdə aparılan monitorinq və qiymətləndirmənin nəticələri iştirakçılara təqdim olunub. Əldə edilmiş təcrübə və mövcud vəziyyət müzakirə edilib. Bununla yanaşı, növbəti mərhələdə daha səmərəli fəaliyyətin təşkili üçün qrup rəhbərlərinə müvafiq tövsiyələr verilib.

 


 

Xəbər lenti