Oktyabrın 3-4 tarixlərində Naxçıvan Müəllimlər İnstitutunun yaradılmasının 25 illiyinə həsr olunmuş Respublika elmi konfransı keçiriləcək.
TƏHSİL.BİZ xəbər verir ki, "Naxçıvanda pedaqoji kadr hazırlığı: ənənələr, reallıqlar və perspektivlər" adlı elmi konfrans üz-üzə və onlayn formatda təşkil ediləcək.
Respublika elmi konfransında Naxçıvanda pedaqoji kadr hazırlığının tarixi, ənənələri, hazırkı vəziyyəti və perspektivləri, bu sahədə Naxçıvan Müəllimlər İnstitutunun yeri və rolu məsələləri müzakirə olunacaq.