Logo

“Qənnadçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18.09.2025 12:47 74 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı çərçivəsində “Qənnadçı, şirniyyatçı” peşə ixtisası üzrə ümumilikdə 9 nəfərin qeyri-formal və informal yollarla əldə etdikləri bacarıq və təcrübələrinin TKTA tərəfindən qiymətləndirilməsi və tanınması həyata keçirilib.

Agentlikdən TƏHSİL.BİZ -ə bildirilib ki, praktiki imtahan “Honey Cake Studio” MMC-nin istehsalat bazasında  təşkil edilib.  

TKTA-nın Hüquq təminatı departamentinin direktoru Vüqar Bağırlının sədrlik etdiyi Qiymətləndirmə Komissiyasının tərkibində Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı departamentinin müdiri Namiq Məmmədov və“Honey Cake Studio” MMC-nin direktoru Gülnar Rəsulova komissiya  üzvü kimi,  sahə üzrə müstəqil ekspert qismində isə “Chocenbouche” şokolad atelyesinin baş texnoloqu Kəminə Əsədova iştirak ediblər.

Praktiki imtahan mərkələsinə dəvət olunan iştirakçılardan hər biri uğurlu nəticə göstərərək müvafiq peşə ixtisasını təsdiq edən sənəd əldə ediblər.

Bildirilib ki, bu fəaliyyətin əsas məqsədi vətəndaşların əmək bazarında özünüməşğulluq imkanlarının artırılması və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdir. TKTA tərəfindən təqdim edilən diplom və sertifikat Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarına əsasən sahibinə peşə ixtisası üzrə əmək fəaliyyətinə başlamaq imkanı verir. Eyni zamanda sözügedən diplom ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur və peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək hüququ yaradır.

 


 

Xəbər lenti