"Universitetlər, sənaye və hökumətlər birgə çalışaraq iqlim dəyişikliyi, pandemiyalar və enerji təhlükəsizliyi kimi qlobal problemlərə cavab verən dinamik tədqiqat ekosistemləri yarada bilərlər".
TƏHSİL.BİZ xəbər verir ki, bunu Con fon Neyman Universitetinin Müşahidə Şurasının sədri Norbert Csizmadia Bakıda keçirilən “THE Avrasiya Universitetləri Sammiti”ndə beynəlxalq tədqiqat əməkdaşlığına həsr olunmuş çıxışında deyib.
"Transmilli tədqiqat qlobal miqyasda biliklərə ədalətli çıxışın təmin olunmasına və yeni həllərin tapılmasına mühüm töhfə verəcək", - deyə o qeyd edib.