Logo

ADNSU-da “SCOPUS müəllif profili” mövzusunda təlim keçirilib

24.09.2025 10:25 102 baxış
IMG

Sentyabrın 23-də ADNSU-da “Elsevier”-in eksperti Saide Sak tərəfindən “SCOPUS müəllif profili” mövzusunda təlim keçirilib. 

Universitetdən  TƏHSİL.BİZ -ə bildirilib ki, təlimdə iştirak edənlərə elmi nəşriyyat və informasiya təhlili sahəsində 10 ildən artıq təcrübəyə malik Saide Sak, SCOPUS müəllif profilinin effektiv idarə olunması və tədqiqatların beynəlxalq aləmdə tanıdılması barədə dəyərli məsləhətlər verib. 

Saide Sak təlimdə “SCOPUS müəllif profili”nin necə yaradılması, idarə olunması və optimallaşdırılması barədə danışıb. O, tədqiqatçıların beynəlxalq bazalarda öz işlərini effektiv təqdim etmələrinin, elmi nəticələri artırmağın yollarını izah edib. Həmçinin, SCOPUS-un akademik nəşrlərdəki rolu və tədqiqatçıların karyerasında bu platformanın önəmi barədə məlumat verib.

 O, həmçinin akademiklərin öz tədqiqatlarını geniş auditoriyaya çatdırmaq üçün bu alətdən düzgün istifadə etmələrinin vacibliyini vurğulayıb. 

Tədbir tədqiqatçılar və müəllimlər arasında böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Elmi nəşriyyat və informasiya təhlili sahəsində on ildən artıq təcrübəyə malik olan Saide Sak hazırda “Elsevier”-də Müştəri tədqiqatı və analiz üzrə müşavir kimi fəaliyyət göstərir. O, sosial elmlər üzrə bakalavr, Beynəlxalq iqtisadi münasibətlər üzrə magistr dərəcəsinə sahibdir. 2017-ci ildən etibarən Elsevier komandasına qoşulan mütəxəssis indiyədək tədqiqatçılar və akademiklər üçün 300-dən çox təlim və seminar təqdim edib.

 

 

 


 

Xəbər lenti