Logo

Putindən Azərbaycanda rus məktəblərinin olmasına MÜNASİBƏT

06.06.2024 01:24 287 baxış
IMG

"Biz Azərbaycan rəhbərliyinin dövlətlərarası əlaqələrimizin məhz qarşılıqlı maraq və mən deyərdim ki, bir-birinə müəyyən səviyyədə rəğbət əsasında qurulmasının tərəfdarı olduğunu hiss edirik".

Tehsil.biz xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xarici media orqanlarının rəhbərləri ilə görüşündə bildirib.

O, Azərbaycanda rus dilində fəaliyyət göstərən və uşaqlara təhsil verən 300 məktəbin mövcudluğunu başqa cür izah etmək mümkün olmadığını vurğulayıb:

"Mən bilirəm ki, Prezident İlham Əliyev respublikada rus dilinin öyrənilməsini hərtərəfli dəstəkləyir. Bu, bütün vektorlar üzrə müşahidə edilir. Bu, nədən xəbər verir? Bu, ondan xəbər verir ki, Azərbaycan rəhbərliyi Azərbaycan vətəndaşlarına rus dilinin lazım olacağını bilir. Nə üçün? İkitərəfli əlaqələrin inkişafı üçün və bu əlaqələr hazırda inkişaf edir. İndi bizdə ticarət dövriyyəsinin ümumi həcmi, əgər dollarla ifadə etsək, 4,5-4,6 milyard dollar təşkil edir. Temp yaxşıdır. İnkişaf tempi çox yaxşıdır. Münasibətlərimizi getdikcə daha çox şaxələndiririk".

Mərcanə Əsədova

Xəbər lenti