Logo

Naxçıvanın 4 karateçisi beynəlxalq turnirin mükafatçısı olub

23.09.2025 08:52 42 baxış
IMG

19-21 sentyabr tarixlərində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində karate idman növü üzrə uşaqlar, yeniyetmələr, gənclər və U21 yaş kateqoriyalarını əhatə edən “Olimpiya ümidləri” beynəlxalq turniri keçirilib. 

TƏHSİL.BİZ xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə reallaşan yarış III MDB oyunlarına hazırlıq xarakteri daşıyır. 

Turnirə “Naxçıvan” Karate Klubunun 5 idmançısı qatılıb. Təmsilçilər 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. 
8-9 yaşlı qızlar arasında –30 kq çəki dərəcəsi üzrə çıxış edən Sona Nəcəfbəyli qızıl medala yiyələnib. Fatimə Bağırzadə (10-11 yaş, –40 kq) ikinci, Elgün Zeynalov (16-17 yaş, -68 kq) və Güllər Hüseynova (14-15 yaş, +61 kq ) isə üçüncü olublar.

 

 

 

 


 

Xəbər lenti