Logo

Paytaxt məktəblisi ölkə birincisi oldu

23.09.2025 09:54 47 baxış
IMG

Bakı şəhəri 211 nömrəli tam orta məktəbin 6 “D” sinif şagirdi Məlikzadə Məryəm taekvondo üzrə keçirilən ölkə birinciliyində yüksək nəticə göstərərək Azərbaycan çempionu adını qazanıb.

TƏHSİL.BİZ xəbər verir ki, parlaq çıxışı ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxan Məryəm artıq yığma komandaya dəvət alıb. O, yaxın günlərdə Yunanıstanın Afina şəhərində keçiriləcək Avropa çempionatında məktəbini və ölkəmizi təmsil edəcək.

 


 

Xəbər lenti