25-26 sentyabr 2025-ci il tarixlərində ADA Universitetinin təşkilatçılığı və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin tərəfdaşlığı ilə ali təhsildə keyfiyyət təminatına həsr olunmuş II Simpozium təşkil ediləcək.
TƏHSİL.BİZ xəbər verir ki, tədbirin keçirilməsində məqsəd ölkə üzrə keyfiyyət təminatı sahəsində çalışan ali təhsil müəssisələrinin nümayəndələrini bir araya gətirərək fikir və təcrübə mübadiləsi üçün platforma yaratmaqdan ibarətdir.
Qeyd edək ki, sözügedən tədbir milli akkreditasiya, daxili keyfiyyət təminatı, tədris proqramlarının qiymətləndirilməsi, tədris və öyrənmə, insan resurslarının inkişafı, dayanıqlılıq və layihə idarəçiliyi kimi mövzuları əhatə edəcək.
Məlumat üçün bildiririk ki, simpoziumda yerli və beynəlxalq ekspertlərin iştirakı nəzərdə tutulur.