Logo

BMU tələbəsi beynəlxalq “Seeds for the Future 2025” proqramında Azərbaycanı təmsil edib

23.09.2025 16:31 47 baxış
IMG

Bakı Mühəndislik Universiteti (BMU) kompüter elmləri ixtisasının IV kurs tələbəsi Leyla Məmmədli “Huawei” şirkətinin beynəlxalq “Seeds for the Future 2025” proqramında iştirak edib.

Universitetdən TƏHSİL.BİZ-ə bildirilib ki, o, seçilmiş 10 tələbədən biri kimi Çinin Dongguan və Şençjen şəhərlərində keçirilən proqramda Azərbaycanı təmsil etmək hüququ qazanıb.

Proqramda 13 ölkədən tələbələr iştirak ediblər. İştirakçılar 5G, süni intellekt, bulud texnologiyaları mövzularında təlimlərə qatılıb, “Huawei”nin baş ofisi və digər qabaqcıl müəssisələrində olublar.

“Mədəniyyət Günü” tədbirində BMU tələbəsi “Çırpınırdı Qara dəniz” mahnısını ifa edərək Azərbaycan mədəniyyətini tanıdıb. Tədbirdə Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov da iştirak edib.

Qeyd edək ki, proqrama start verilməzdən öncə ölkəmizi təmsil edən iştirakçılarla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində görüş keçirilib. “Huawei” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya üzrə vitse-prezidenti Angela Linin də iştirak etdiyi həmin görüşdə nazir müavini Samir Məmmədov proqramın tələbələrin texniki bilik və bacarıqlarının artırılması üçün yaxşı platforma olduğunu bildirib, onlara uğurlar arzulayıb.

Xəbər lenti