22-23 sentyabr tarixlərində Corc Vaşinqton Universitetinin professor-müəllim heyəti ADA Universitetində səfərdə olub.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, səfər çərçivəsində ADNSU tələbələri ilə görüş təşkil olunub və onlara müxtəlif təhsil imkanları təqdim edilib.
Həmçinin ADNSU tələbələri üçün Corc Vaşinqton Universitetinin Elektrik və kompüter mühəndisliyi kafedrasının müdiri, Dr. Tarek El-Ghazawi tərəfindən “Future of Computer Technology and Engineering – From HPC to AI Hardware” mövzusunda ingilis dilində seminar keçirilib.
İnteraktiv formatda keçən seminarda tələbələrin sualları cavablandırılıb və mövzu barədə geniş məlumat verilib.