“Elm və iqlim siyasəti üzrə biliklərin öyrənilməsi hamı üçün həm asan, həm də etibarlı olmalıdır. Bunun üçün öyrənmə modelləri müasir tələblərə uyğun çevik olmalı, qarışıq və özünə yönəlik təhsil imkanlarını birləşdirməlidir. Tələbələr vaxt və məkan məhdudiyyətindən asılı olmayaraq öyrənə bilməlidirlər”.
TƏHSİL.BİZ xəbər verir ki, bu fikirləri “Cambridge University Press”in iqlim təhsili üzrə qlobal direktoru Kristin Ozden Bakıda keçirilən “THE Avrasiya Universitetləri Sammit”inin panel müzakirəsində çıxış edərkən bildirib.
O əlavə edib ki, bəzi modellər mütləq xərclərin azaldılmasını tələb edir: "İkili diplom tipli birgə proqramlar kimi əməkdaşlıqlar isə bu istiqamətdə təsirli nümunədir”.
Kristin Ozden həmçinin qeyd edib ki, çevik öyrənmə yanaşmaları, onlayn və ənənəvi tədrisin kombinasiyası keyfiyyətdən güzəştə getmədən iqlim və elm təhsilinin daha geniş kütlələrə çatdırılmasına imkan yaradır.